"QanunyoluTV.az"-ın kollektivi Əfsanə xanımı təbrik edir
- 31.12.2023, 22:55,
- Gündəm / Sosial / Mədəniyyət / Xəbər
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
"Legend Company" MMC-nin təsisçi və rəhbəri hörmətli Əfsanə xanım Nəbiyevanı ad günü münasibətilə ailəsi, qohumları, yaxınları, rəfiqələri səmimi qəlbdən təbrik edir, ona həyatda möhkəm can saglığı, xoşbəxtlik, ailə səadəti, ruzi-bərəkət, işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayırlar.Bu təbrikə "Çıxış Yolu" verilişinin əməkdaşları, "Vətənpərvərlər.az" xəbər portalının əməkdaşları, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İB-nin əməkdaşları, Şəhid anaları-ataları, qazilər, dostları, rəsmilər, tibb işçiləri və xüsusilədə "QanunyoluTV.az"-ın rəhbəri Arif müəllim də qoşularaq Əfsanə xanımı ürəkdən təbrik edib, ona həyatda sevinc dolu günlər, xoş və firavan ömür arzulayırlar. Əfsanə xanım günəş təkdir, ona bənzəmə. Məhəbbətin torpaq qədər davamlı olsun. Qəm əyir, sevinc ucaldır insanı. Qəm görmə, həmişə sevinc, səadət içində ol deyirlər.
“QanunyoluTV.az” xəbər portalının rəhbəri olaraq məndə kollektivimiz adından Əfsanə xanım sizə dünyanın ən şirin nemətlərini arzulayırıq. Neçə yaşınız olursa olsun hər şeyin gözəli sizinlə olsun. Yeni yaşınızda hər ötən gün daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun. Bir yaşda qocalsanızda həmişə olduğunuz kimi sevgi dolu və şən qalasınız.
Ulu Tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Atdığınız hər addım sizin həyatınıza uğur gətirsin. Gözlərinizdə daima sevin qığılcımları parlasın. Sevinc başınızın tacı, kədər isə ayağınızın tozu olsun. Bu arzular, Əfsanə xanım sizi daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasınız! Arzu edirik ki, tutduğunuz bu xeyirxah yol həmişə uğurlu və xeyirli, qələminiz daima iti, sözünüz hər yerdə keçərli olsun!AD GÜNÜNÜZ MÜBARƏK OLSUN!
TANRI SİZİ VƏ SEVDİKLƏRİNİZİ QORUSUN!Hörmətlə: "QanunyoluTV.az" Təsisçi və baş redaktor
ARİF SÜLEYMANLI

Şərh yaz