"QANUNYOLUTV.AZ" - MEYVƏLİ BAZARDAN İŞDƏN QOVULAN ŞƏXSİN ŞİKAYƏTİ
- 17.04.2023, 20:46,
- Gündəm / Xəbər / Sosial
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Hörmətli oxucularımız nəzərinizə çatdırırıq ki, Kürdəmir rayonunun Sığırlı kədindən olan izləyicimiz Cavadov Asif Qulam oğlu bizə üz tutaraq bildirmişdir ki, o 13 il ,,Cənnət Aqro,, MMC-yə məxsus olan Meyvəli Bazarda fəhlə işləmişdir. Qeyd edək ki, Asifin dediyinə əsasən işlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanmayıb və əmək haqqını vaxtında ala bilməmişdir. Asif haqqını tələb etdikdə isə onu işdən çıxarılacağıyla əlaqədar xəbərdarlıq ediblər və nəhayət şirkətin rəhbəri Fail Rüstəmovun göstərişi ilə onu bazardan işdən qovublar.
Asif Cavadov daha sonra qeyd etdi ki, ailə başçısı kimi hazırda heç bir yerdə iş tapa bilmir və 5 nəfər ailə üzvlərinin maddi ehtiyaclarını ödəyə bilmir. Bir sözlə acınacaqlı bir vəziyyətdədir ailəmiz dedi.
"Qanunyolutv.az" informasiya agentliyi olaraq ümid edirik ki, oxucumuzun haqlı iradına tezliklə əlaqədar qurumlar tərəfindən hüquqi qiymət veriləcək və haqq-ədalət öz yerini tapacaq.
"Qanunyolutv.az"