19 fevral 2023-ci il tarixdə Beynəlxalq Elm və Mədəniyyət Mərkəzinin 3-cü ildönümü, növbəti 14-cü konfransı keçirildi.Konfransın açılışı ilk öncə Dövlət Himni ilə başladı. Sonra cəmi şəhidlərimizin və Türkiyə qardaş ölkəsində zəlzələ nəticəsində dünyasını dəyişən insanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra BEMM-nin sədri Vəkillər Kollegiyasının Üzvü, Hüquq Elmləri Doktoru, Professor Hacı Xaliq Bəşər bəy konfransda çıxış edərək konfrans iştirakçılarını salamladı, BEMM-nin 3-cü ildönümü münasibətilə hər kəsi təbrik etdi və çıxışıyla öz ürək sözlərini iştirakçılara çatdırdı.
Daha sonra sədr çıxış üçün sözü BEMM-nin Gənclər Təşkilatının sədri Ülvi Bəşərə verdi. Ülvi Bəşər də ilk öncə konfrans iştirakçılarını salamlayaraq öz fikirlərini konfrans iştirakçılarına məruzə etdi. BEMM-nin Gənclər Təşkilatının sədri Ülvi Bəşərə konfransda iştirak edənlət tərəfindən müxtəlif suallar verildi. Ülvi Bəşər gənc olmasına baxmayaraq ona verilən suallara çox məzmunlu, səlist, həyacanlanmadan cavab verərək hər kəsi təəccübləndirərək heyran qoydu.
Ülvi Bəşərin çıxışından sonra söz məruzə üçün BEMM-nin Elmi Katibi Allahverdi Vəliyevə verildi. Allahverdi müəllim də öz çıxışında hər kəsi salamlayaraq, Ədliyyə nazirliyinin gördüyü işlərdən, Ulu Öndərin Ədliyyə nazirliyinə göstərdiyi diqqət və qayğısından və hal-hazırda cənab Prezident İlham Əliyevin, Ulu Öndərin layiqli davamçısı olaraq bu missiyanı davam etdirməsindən, eləcədə diqqət ayırmasından danışdı.
BEMM-nin Elmi Katibi Allahverdi Vəliyevin çıxışından sonra çıxış üçün yenidən tribuna arxasına BEMM-nin sədri hörmətli Hacı Xaliq Bəşər bəy keçərək öz çıxışlarını davam etdirdi. Yerlərdən iştirakçılar tərəfindən sədrə müxtəlif suallar verildi. Əsas suallar ölkəmizdə, müxtəlif sahələrdə (səhiyyədə, təhsildə, mədəniyyətdə, nəqliyyatda, ekalogiyada və.s.) olan çatışmamazlıqlardan ibarət idi. Bəli, əlbətdəki hörmətli BEMM-nin sədri Hacı Xaliq Bəşər bəy bu sualların öhdəsindən layiqincə gələrək, hər bir konfrans iştirakçısının ona ünvanladıqları sualları dəqiq, lokanik, məzmunlu, obyektiv olaraq cavablandırdı və bu cavablar hər kəsi qane etdi.

BEMM-nin sədrinin çıxışından sonra növbəti söz çıxış üçün BEMM-nin Elmi İşlər Üzrə sədr müavini Sevinc xanım Xuduyeva verildi. Sevinc xanımda öz növbəsində konfrans iştirakçılarını salamladı. Sevinc xanım məruzəsində təhsilimizdən, təhsildə olan problemlərdən danışdı. Sevinc xanıma təhsildə olan problemlərlə bağlı suallar verildi. Lakin Sevinc xanım ona verilən təhsillə bağlı suallara cavab verməkdə çətinlik çəkərək bildiyi qədər cavablandırdı.
Daha sonra çıxış üçün BEMM-nin Təhsil Deparmentinin rəhbəri Səidə xanım Məmmədovaya söz verildi. Səidə xanım da sədri və konfrans iştirakçılarını salamlayaraq təhsildə olan problemlərdən, şagirdlərimizin xaricdə təhsil almasından, məktəblərdə siniflərdəki şagird sıxlığı və normadan artıq olmasından danışdı. Səidə xanım məktəblərdə rüşvətin kökünü müəllimlərin maaşlarının az olmasıyla əlaqələndirdi və əlavə olaraq qeyd etdi ki, məktəblərdə dini dərslər keçirilsin, müəllimlər məktəbə uyğun və şagirdlər isə məktəbli formasında gəlsinlər.
Sonda BEMM-nin sədri Prefessor Hacı Xaliq Bəşər bəy konfrans iştirakçıları qarşısında çıxış edərək, onlara gələcək işlərində yeni-yeni müvəffəqiyyətlər, uğurlar arzuladı və BEMM-nin 14-cü konfransını bağlı elan etdi.
Daha sonra isə BEMM-nin sədri H.E.D.-Professor Hacı Xaliq Bəşər bəyin təşkilatçılığı ilə konfrans iştirakçıları üçün təşkil olunmuş ziyafət oldu. Ziyafətdən sonra BEMM-nin sədr müavini Vüsalə xanım Paşayevanın BEMM-nin 3-cü ildönümünə xüsusilə hazırladığı tort sədr tərəfindən kəsildi. Tort kəsildikdən sonra konfrans iştirakçıları müğənnilərin ifasında ifalara qulaq asdılar və şən musiqilərin sədası altında rəqs edərək, məclisdən zövq aldılar.
P.S.Sonda məndə "Qanunyolutv.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından BEMM-nin sədri H.E.D-Professor, əməli saleh, xeyirxah, hörmətli Hacı Xaliq Bəşər bəyə və onun rəhbərlik etdiyi kollektivə gələcək işlərində daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
#BİZBİRLİKDƏGÜCLÜYÜK!"Qanunyolutv.az" Arif Süleymanlı.