Ağ Göl Milli Parkında Qüdrət İbrahimovla Loğman Mehdiyev karantin rejimindən sui-istifadə edir

Ağ Göl Milli Parkında Qüdrət İbrahimovla Loğman Mehdiyev karantin rejimindən sui-istifadə edir















"Qanunyolu.info.az". "RealMedia.az"-a istinadən bildirir ki, adı daim mətbuatın gündəmindən düşməyən Ağgöl Milli parkı ilə bağlı məlumatlarda bildirilir ki,​ Milli Parka yeni direktoru​ Qüdrət İbrahimov öz səlahiyylərini tamamilə Loğman Mehdiyevə verməklə bərabər həmdə onun şərikinə çevrilib. Belə ki, direktor​ Ağ Göl Milli Parkında bütün işlərin​ nəzarətini müavini Loğman Mehdiyevə həvalə etməklə bərabər həmdə oğurluq işlərdən​ əldə edilən pullarada şəriklik edir.​
Ağcabədi rayonundan saytımıza daxil olan məlumatda bildirilir ki, direktor müavini Loğman Mehdiyev koronovirusla bağlı​ ölkəmizdə elan edilən karantin rejimindən istifadə edərək​ Ağ Göl Milli Parkında​ balıq və heyvan ovunu davam etdirməklə məşğuldur. Belə ki, hazırda Ağcabədi və​ İmişli rayon bazarlarına demək olar hər gün​ Ağ Göl Milli Parkından tutulan​ balıqlar satışa çıxarılır. Məlumatda vurğulanır ki, karantin rejimi ilə əlaqədar restoran və kafelərin bağlanmasına baxmayaraq Loğman Mehdiyevin​ adamları balıqlarını qapı-qapı düşüb sata bilirlər.
Bildirilir ki, işin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, Loğman Mehdiyev və adamları​ Milli Parkdan tutduqları balıqların bir hissəsini İmişlidə fəaliyyət göstərən şəxsi​ balıq vətəgəsinə yığırlar. Yəni Loğman Mehdiyevin komandası indidən bir növ​ qışa «hazırlıq» görürlər.
Karantin rejimindən sui-istifadə edən Qüdrət İbrahimovla Loğman Mehdiyev cütlüyünün adamları​ demək olar ki, son 20 gündə​ Ağ Göl Milli Parkında dayanmadan qanunsuz balıq​ ovunu həyata keçirirlər.
Ağ Göl Milli Parkında Qüdrət İbrahimovla Loğman Mehdiyev karantin rejimindən sui-istifadə edir












Loğman Mehdiyevin qanunsuz balıq ovunda əsas iştirkaçılar isə Milli Parkın mühafizəsini qoruyan yegerlərdir. Yəni balıqçılarla yegerlər birlikdə Ağ Göldə tor qururlar. Hətta Loğman Mehdiyevin səyi nəticəsində bir neçə​ brokenyer​ Milli Parkada yeger kimi işə götürülüb. Məhz Ağ Göl Milli Parkında qanunsuz balıq ovu ilə həmin yeger-brokonyerlər məşğul olur.​
Qeyd edək ki, Ağ Göl Milli Parkında baş verən qanunsuz balıq ovu fəaliyyəti ilə bağlı​ saytımıza daxil olan digər məlumatları da araşdırıb oxucularımıza təqdim edəcəyik.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter