Parapisixoloq-ekstrasens Etibar NəsibovBu gün bunlar hər bir azərbaycanlının qürur hissi ilə, sevinc göz yaşları ilə bütün dünyaya dediyi ifadələrdir. Əminliklə deyə bilərik ki, bunları deməyə hər bir azərbaycanlının haqqı çatır. Çünki bizim Ordumuz, xalqımız və sərkərdəmiz hər hansı bir ölkənin, xalqın torpağını işğal etmək uğrunda döyüşlərdə deyil, vətənpərvərliyin, igidliyin, cəsurluğun və sevginin ən uca zirvəsi olan doğma yurd, torpaq uğrunda, ədalətin bərpa olunması uğrunda aparılan mübarizədə qalib gəlmişdir.Hər bir xalqın tarixində qürurverici, yadda qalan günlər olur. Son günlər cəbhə boyu əks hücuma keçən Azərbaycan əsgəri Azərbaycanın şanlı tarixini yazmaqdadır. Son günlər cəbhə boyu yaşanan hadisələr, 30 il müddətində beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçılıq siyasətinə göz yumması nəticəsində düşmənin bundan istifadə edərək hərbi qulluqçularla yanaşı mülki vətəndaşlarımızın ölümü ilə nəticələnən çoxsaylı təxribat xarakterli hücumlarına verilən adekvat cavabdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi - "Azərbaycan işğalçı ölkə deyil. Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir".

Bu günlərdə xalqımızın öz əsgərinə, öz liderinə inamı, dəstəyi, ruh yüksəkliyi və ordumuzun döyüş qabiliyyəti, qüdrəti çox yüksəkdir. Bu gün xalq-ordu-dövlət birliyi Azərbaycanı daha da güclü edib. Allah sizi qorusun Azərbaycan əsgəri! Ali Baş Komandanın rəhbərliyi altında daim irəli!!! Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Şanlı Azərbaycan Ordusunun səyləri ilə tariximizə növbəti şanlı səhifəsini yazdı.
Bəli, Azərbaycan xalqı bu gün tək yumruq kimi birləşərək Ordumuzun və Ali Baş Komandanın ətrafında sıx birləşib. Ümumiyyətlə bu günlərdə hər birimizi qürurlandıran, ümidləndirən məqamlar kifayət qədər çoxdur. Bunlardan ən əsası ölkəmizdə möhkəm birliyin və bərabərliyin olmasıdır. Hər bir Azərbaycan vətəndaşı dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə müntəzirdir.
Müzəffər Ali Baş Komandan, Sizi müdrik siyasətiniz və haqlı mübarizəniz nəticəsində qazandığınız möhtəşəm qələbə ilə adınızı qızıl hərflərlə tarixə yazdınız. Siz bir daha dünyaya Azərbaycanın güclü dövlət olduğunu göstərdiniz. Bunun üçün Sizə təşəkkürümüzü bildiririk. Cənab Prezident biz bir "Dəmir Yumruq" kimi birləşərək həmişə Sizi dəstəkləyəcək, bundan sonrada Sizin köməyiniz, dayağınız olacayıq. Mən qürur duyuram ki, Sizin kimi qalib Prezidentimiz var.
Hörmətli və dəyərli oxucularımız bildiyimiz kimi 44 günlük erməni vandallarına qarşı torpaqlarımız uğrunda haqq saavaşında ordumuza, əsgərlərimizə, Şəhid və qazi ailələrinə maddi və mənəvi köməklik edən, onlara bu ağır günlərdə ruh yüksəkliyi verən, daima yanlarında olan mərd, Vətənpərvər oğullarımız çox oldu. Məhz belə Vətənpərvər oğullardan biri də xeyirxah və xeyriyyəçi, xeyirxah əməllər sahibi, Şəhid, qazi, imkansız ailələrə maddi və mənəvi köməklik edib, əl tutan Etibar Nəsibovdur.

Bəli, Etibar Nəsibov 44 günlük haqq savaşında həmişə olduğu kimi öz Vətənpərvər missiyasını yerinə yetirərək döyüşdə olan əsgərlərimizə, ordumuza, arxa cəbhədə olan əsgər, Şəhid, qazi, aztəminatlı və imkansız ailələrə maddi, mənəvi dəstəyini əsirgəmədi. E.Nəsibov bu cür müqəddəs, xeyirxah aksiyalarını bu günkü gündə də davam etdirməkdədir. O, ölkəmizdə keçirilən müqəddəs bayramlarda - Qurban və Ramazan aylarında, eləcədə Novruz bayramlarında, Dünya Azərbaycanlılarının Həmrəylik Günündə, məhərrəmlik ayında və.s. insanlara köməklik edib, yardım göstərir. Xeyirxah əməl sahibi Etibar Nəsibov hətta Şəhidlərimizin anım günündə, mövludunda da Şəhid ailələrini yaddan çıxarmır, onları ziyarət edir, onlara imkanı daxilində sovqatlar aparır.

Onu da qeyd edim ki, bu xeyirxah işdə ona Elnur müəllimdə yardımçı olaraq sovqatların paylanmasında yaxından köməklik edir. O. da bu xeyirxah işdə, əməldə hər zaman olduğunu deyir və bu xeyirxah əməlindən əl çəkməcəyini, həmişə xalqının yanında olacağını söyləyir. Elnur müəllim deyir ki, bu xeyirxahlıq, yaxşı əməl bizlərə dədə-babalarımızdan bir miras olaraq qalıbdır. Bizdə bu gözəl adət-ənənələrimizi sevə-sevə yorulmadan davam etdirməyi özümüzə borc bilirək, fəxr edir, qürur duyuruq!
Bəli, əziz oxucularımız məsəl var deyirlər ki; "Əl tutmaq Əlidən qalıbdır". Bu həqiqətəndə belədir. Baxın Nəbilərin, Koroğlu və Babaklərin dövrünə nəzər saldıqda görqrqk ki, indiki dövrümüzdə də öz xeyirxah əməlləri ilə xalqı, milləti sevindirən, onlara maddi, mənəvi cəhətdən əl tutan Vətənpərvər oğullarımız var və olacaqdır. Mən buna əminəm. Allah sizləri qorusun Vətən oğulları!!!
P.S.Sonda məndə "Qanunyolutv.az" İnformasiya Agentliyinin rəhbəri olaraq kollektivimiz adından Vətənpərvər oğul Etibar Misir oğlu Nəsibova və onun fədakar komandasına bu xeyirxah işdə, bu xeyirxah əməldə, yolda daima uğurlar arzulayır və dərin təşəkkürümü bildirirəm. Allah yardımçınız olsun! Parapisixoloq, ekstrasens Etibar Nəsibovun isteqram və əlaqə nömrəsini qeyd edirik. Buyurun hər zaman xidmətinizdədir.
İnstaqram səhifəsi: ektrasens_nasibov_official
Əlaqə nömrəsi: 050-201-45-54#BizBirlikdəGüclüyük!"Qanunyolutv.az" Arif Süleymanlı