Mahir Səfərov: "Mədəniyyət də, sağlamlıq da ağız boşluğundan başlayır"

Mahir Səfərov: "Mədəniyyət də, sağlamlıq da ağız boşluğundan başlayır"

Tibb Üzrə Fəlsəfə doktoru Mahir Səfərov

“Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Heydər Əliyev


Köhnə bakılılar buranı daha çox 4 nömrəli poliklinika kimi xatırlayır və tanıyırlar. Söhbət öz tarixi ənənələri ilə yaddaşlara həkk olunan Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasından gedir. Klinikanın fərqi və üstünlükləri isə ondadır ki, burada yüksək səviyyəli stomatoloji xidmət göstərən peşəkar, respublika miqyasında tanınan həkim və mütəxəssislər çalışır.
Mahir Səfərov: "Mədəniyyət də, sağlamlıq da ağız boşluğundan başlayır"

Klinikada bütün kabinetlər təmirli və olduqca səliqə - səhmanlıdır. Müasir stomatoloji aparatlarla təchiz olunan kabinetlərdə dişlərin müalicəsi, ağardılması və yonulması, hətta blomblanması tamamilə yeni üsullarla həyata keçirilir. 3D kompyuter tomoqrafiya aparatı ilə rentgen müayinələri aparılır.

Ortopedik stomatologiya, Terapevtik stomatologiya və Uşaq stomatologiyası kafedralarının yerləşdiyi Klinikada Elmi dərəcəli mütəxəssislərin, professorların, kafedra müəllimlərinin praktik həkimlərlə birgə çalışması daha çox məmnunluq yaradır.
Mahir Səfərov: "Mədəniyyət də, sağlamlıq da ağız boşluğundan başlayır"

Xatırladaq ki, Klinikaya Tibb Üzrə Fəlsəfə doktoru Mahir Səfərov rəhbərlik edir.

"Qanunyolutv.az"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter