"Əllərimi Buraxma" verilişinin növbəti təqdimatı

"Əllərimi Buraxma" verilişinin növbəti təqdimatı

Bu gün Nuranə xanımın aparıcılığı ilə Səhiyyə TV "Əllərimi Buraxma" verilişinin növbəti təqdimatı oldu.

"Qanunyolutv.az" xəbər verir ki, "Əllərimi Buraxma" verilişinə gələn valideynlər aparıcı Nuranə xanıma yaşadıqları problemlərdən, övladlarının çəkdikləri acılardan danışdılar. Verilişdə iştirak edən ekspertlər də bu mövzu ətrafında ata-ana qayğısından, sevgisindən uzaq olan, valideynlərin övladlara qarşı laqeyd, biganə, diqqətsiz olmalarından, qüsurlu uşaqların problemlərinin həlli istiqamətində müzakirələr apardılar və öz fikirlərini söylədilər.
"Əllərimi Buraxma" verilişinin növbəti təqdimatı

Bəli, məndə "Qanunyolutv.az" -ın rəhbəri olaraq bu gün "Əllərimi Buraxma" verilişində ekpert kimi iştirak edərək cəmiyyət üçün lazımlı və gündəmdə olan bu kimi problemlər haqqında öz fikirlərimi söylədim. Mən və mənimlə birgə verilişdə iştirak edən hörmətli ekspertlərimiz - Müharibə Veteranı Qadınlar Sosial Yardım İB-nin sədri Rada Abbas, Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, psixoloq Vəfa Abbasova və teleaparıcı Şəbnəm Turan da öz fikirlərini tamaşaçılarla bölüşdülər.
"Əllərimi Buraxma" verilişinin növbəti təqdimatı

Bu günkü verilişdə müxtəlif yerlərdən gələnlər vardı. Gələnlər arasında Mehdi balamız xüsusilə mənim diqqətimi cəlb etdi. Çünki onun bu yaşda ata-ana sevgisindən, diqqətindən, nəvazişindən ayrı düşməsi, "NUR" uşaq sığınacağında özünə mənəvi ana seçməsi məni və studiyadakı hər kəsi qəhərləndirdi, təsir etdi. Axı niyə görə valideynlər uşaqlarının qədrini bilmir, onları ata-ana sevgisindən məhrum edirlər?
"Əllərimi Buraxma" verilişinin növbəti təqdimatı

Nuranə xanım gələn qonaqların problemlərini diqqətlə dinlədi və onlara yardım edəcəyinə söz verdi. Axı o özüdə daima şəhid, qazi, imkansız, aztəminatlı ailələrinin yanında olur. Verilişin sonunda isə ekspertlər efir vasitəsilə valideynlərə uşaqlarınızın qədrini bilin, onlara diqqət və qayğı göstərin, sevginizi əsirgəməyin deyərək hər kəsi birliyə səslədilər.

P.S. Sonda məndə "Qanunyolutv.az" -ın rəhbəri olaraq kollektivimiz adından Nuranə xanıma və onun komandasına bu xeyirxah yolda daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayır, "Əllərimi Buraxma" verilişinə uzunömürlü olsun deyirəm.
"Əllərimi Buraxma" verilişinin növbəti təqdimatı

"Qanunyolutv.az" Arif Süleymanlı

#BİZBİRLİKDƏGÜCLÜYÜK!!!
"Əllərimi Buraxma" verilişinin növbəti təqdimatı

"Əllərimi Buraxma" verilişinin növbəti təqdimatı

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter