
Noyabrın 9-da Göyçayda möhtəşəm bayram təntənəsi yaşandı. Otuz mindən çox iştirakçının qatıldıgı bu təntənəli bayramda Dövlət Bayragı Günü və XIV Nar Festifalı öz rəngarəngliyi, möhtəşəmliyi ilə həm yerli, həmdə xarici qonaqların, ümumilikdə hər kəsin böyük maragına səbəb olubdur. Şənliklərdə dövlət və hökumət nümayəndələri, MM-in deputatları, xarici ölkələrin Beynəlxalq və Diaspor təşkilatlarının nümayəndələri , yerli və xarici iş adamları, Azərbaycanın şəhər və rayonlarından gələn çoxsayli qonaqlar iştirak ediblər.
Səhər saatlarında rayon rəhbərləri və qonaqlar bayramsayagı bəzədilən Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra Festifal iştirakçılrı parkdakı bayraq meydanına gələrək, burada onlar şən mahnıları, milli geyimli rəqqasların çıxışlarını, kəndirbazları maraqla izlədilər. Daha sonra gurultulu alqışlar altında eni 9, uzunlugu 18 metr olan üçrəngli bayragımız 66 metr hündürlüyə ucaldılaraq dalgalanmışdır. Bayraq qaldırıldıqdan sonra rayon rəhbərliyi qonaqlarla birgə bayraq muzeyinə gəldilər. Muzeydə onlara nümayiş etdirilən Azərbaycanın müasir, orta əsrlər, qədim dövrlərinə dair bayraqlrı, milli döyüş geyimləri və digər eksponatlar barədə məlumatlar verilib.



Heydər Əliyev prospektinin başlangıcında “ Çinar “ otelinin qarşısında Nar festifalının açılışı olub. Festifalı Göyçay RİH-nin başçısı cənab Mehdi Səlimzadə açaraq, tədbirə gələn tədbir iştirakçılarını, xarici və yerli qonaqları salamladı. Çıxışında Göyçayda bu gün bayramın bayrama qarışdıgını, Dövlət Bayragı Gününün qeyd olundugunu və gözəllik, məhəbbət, ruzi-bərəkət nişanəsi olan, artıq illərdir gözəl ənənəyə çevrilən Nar Festifalının keçirildiyini söyləyərək , əlamətdar günlər münasibətilə hər kəsi təbrik edərək vurgulayıb ki, “ bu gün Göyçay üçün ənənəvi sayılan və iqtisadi baxımdan faydalı olan narçılıgın inkişafı ugurla reallaşdırılır.”
Cənab başçı Mehdi Səlimzadənin çıxışından sonra qonaqlar və festifal iştirakçıları rayonun ayrı-ayrı İcra nümayəndələri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar.Sərgi masalarında onlara nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şirəsi, nar mürəbbəsi, nar şərabı, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan yuxa, kətə, döşəməli plov, təndir çörəyi və müxtəlif ləziz şirniyyatlar təqdim olunubdur.




Tədbirin keçirildiyi yerlərdə yeməklərin, suvenirlərin, şirniyyat məhsullarının sərgisi, çay və alkoqolsuz içkilərinin də satışda təşkil edildi.Milli folklar qruplarının çıxışları, müsabiqələr, ayrı-ayrı şirkətlərin məhsullarının sərgisi, modalar nümayişi və digər naminasiyalar bayrama xüsusi zövq verib. Onu da qeyd edim ki, Göyçayda nar bayramı XIV festifaldır ki, təşkil edilir. Bu məhsul bayramı bölgədə meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. İstər yerli əhalinin, istərsə də ölkəmizə gələn qonaqların böyük maragına səbəb olan nar bayramı, həm də xalqımızın milli adət-ənənələrimizə dərin baglılıgımızın bariz nümunəsidir.
Hazırda rayonda 3627 hektar nar bagı vardır ki, onun da 3327 hektarı bar verəndir. Hər il orta hesabla 35-40 min ton nar istehsal olunur. Baglarda əsasən “Viləş”, “Şəndi”, “Gülövşə”, “Şirin”, “Bugur”, “ Bala Mürsəl” sortları yetişdirilir. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən də Ukrayna, Rusiya və Gürcüstan bazarlarına çıxarılır. Günün ikinci yarısında isə şəhər stadionunda bayram konserti verildi.Konsertdə bir-birindən fərqlimusiqilər, ifalar, rəqslər bayram iştirakçılarının və gələn qonaqların ürəyincə oldu. Bir sözlə tədbirdə iştirak edən hər bir kəs bu festifaldan və konsertdən zövq aldı.Onu da qeyd etmək istəyirəm ki, Göyçay rayonu gün-gündən abadlaşır, gözəlləşir və hər kəsi heyran edir.
Sonda məndə “Qanunyolu.info.az” xəbər portalinin rəhbəri olaraq kollektivimiz adından Göyçay RİH-nin başçısı cənab Mehdi Səlimzadəyə və onun işgüzar komandasına içlərində yeni-yeni müvəffəqiyyətlər, ugurlar diləyirik. Arzu edirik ki, Göyçay rayonu daima öz füsünkar gözəlliyini özündə saxlayaraq, başqa rayonlara nümunə olsun.





Materialı hazırladı: Arif Süleymanlı.