Azərbaycan nəşriyyatından iyrənc görüntülər - Video

Azərbaycan nəşriyyatından iyrənc görüntülər - Video

Bir neçə gün əvvəl Azərbaycan nəşriyyatındakı real vəziyyətlə bağlı TV və saytlarda yazılar dərc olunmuşdu. Həmin yazıda nəşriyyatdakı mövcud antisanitar vəziyyət, acınacaqlı durum, qurumun təyinatına uyğun istifadə olunmamasıyla bağlı faktlar öz əksini tapmışdı.

"Qanunyolu.info.az" xəbər verir ki, Real TV mövzuya yenidən qayıdıb. Telekanalın lentə aldığı görüntülərdə aydın görünür ki, Azərbaycan nəşriyyatındakı vəziyyət dözülməzdir, biabırçılıqdır.
Azərbaycan nəşriyyatından iyrənc görüntülər - Video

Bu kadrlara baxandan sonra maraqlı sual yaranır ki, nədən ötrü nəşriyyatdakı vəziyyətlə bağlı laqeydlik, susqunluq höküm sürür?

Qeyd edək ki, Azərbaycan nəşriyyatındakı biabırçı mənzərə ilə bağlı AzTv və "Xəzər TV"nin efirində də süjetlər yayımlanıb.

AzTv, "Xəzər" TV və digər media qurumlarının hazırladığı reportajlara baxmayaraq hələlik nəşriyyatdan heç bir açıqlama verilməyib.

Mövzu ilə bağlı görüntüləri təqdim edirik:
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter