"Qanunyolu.info.az" kollektivi Sevda xanıma başsağlığı verir
- 06.08.2021, 14:31,
- Gündəm / Təhsil / Mədəniyyət / Xəbər
Baxılıb: 93
Facebook
Вконтакте
Одноклассники
Google+
Sevda xanımın atası Tanıverdiyev Bəxtiyar Təvəgül oğlu 2021-ci il iyunun 28-də 70 yaşında dünyasını dəyişib. "Su gələr, axar gedər, bəndləri yıxar gedər, dünya bir pəncərədir, hər gələn baxar gedər".Xatırladaq ki, Tanıverdiyev Bəxtiyar Təvəgül oğlu 1951-ci il iyulun 1-də Bərdə rayonunda dünyaya gəlmişdir. Azərbaycan Respublikasının əməkdar müəllimi, kimyaçı idi.
“Qanunyolu.info.az" portalının rəhbəri Arif Süleymanlı başda olmaqla bütün yaradıcı kollektivimiz adından İlin media işçisi, teleaparıcı, həmkarımız Sevda xanıma atası Bəxtiyar Tanıverdiyevin vaxtsız vəfatı ilə əlaqədar kədərləndiyini bildirərək Sevda xanıma dərin hüznlə başsağlığı verib, ailəsinə, doğmalarına, yaxınlarına Allahdan səbr diləyib, şərəfli bir ömür sürən Bəxtiyar müəllimə Uca Tanrıdan rəhmət diləyirik.
Yeri cənnət olsun atanızın!ALLAH RƏHMƏT ELƏSİN!Əzizim, ellər ağlar,
Çiçəklər, güllər ağlar.
Nakam bir ömür üçün,
Ağaran tellər ağlar.“Qanunyolu.info.az"