Vilayət Eyvazovdan növbəti təyinat
- 20.08.2019, 12:54,
- Gündəm
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.
Qanunyolu.info.az Oxu.Az-a istinadan xəbər verir ki, nazirin müvafiq əmri ilə Şəmkir rayon Kür qəsəbəsinin polis bölməsinə yeni rəis təyin olunub.
Belə ki, polis polkovnik-leytenantı Ədalət Sadıqov bundan sonra sözügedən vəzifəni icra edəcək.
Qeyd edək ki, Ədalət Sadıqov bu ilin may ayında Gəncə şəhər Nizami rayonu polis idarəsindəki işindən azad edilərək sərəncama götürülmüşdü.