Xaçmaz RPŞ-nin rəisi polis polkovnik – leytenantı Həmid HəsənovPolisin vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİyulun 2-də Azərbaycan Polisi yaranmasının 103-cü ildönümünü qeyd edir. Xatırladaq ki, 1918-ci il iyulun 2-də, Daxili İşlər Nazirliyinin tərkibində, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi kimi məsuliyyətli bir vəzifəni yerinə yetirən polis orqanlarının yaradılmasına başlanmışdır.Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sı hər il "Azərbaycan Polisi Günü" kimi qeyd edilməsi qərara alınmışdır. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilmişdir.
24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş; 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün -2 iyul "Azərbaycan Polisi Günü" elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi - "Azərbaycan Polisi Günü" kimi qeyd edilir.
1998-ci il mayın 24-də isə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev həmin tarixin Polis günü elan edilməsi barədə xüsusi fərman imzaladı. Bu isə tarixi varisliyin, ədalətin bərpası kimi ən yüksək qiymətə layiq mühüm bir addım idi. Polis orqanları qısa zaman kəsiyində ictimai-siyasi sabitliyin və dövlətin, xalqın təhlükəsizliyini qorumağa qadir olan layiqli bir quruma çevrildi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında da hiss edir.

Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərib tövsiyələrini verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.
Beləliklə, bütövlükdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində möhkəm hüquqi bazanı formalaşdırdı. Hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.
Bu gün ölkəmizdə hökm sürən yüksək ictimai-siyasi sabitliyə görə Azərbaycan Polisinə minnətdar olan hər bir vətəndaşımız milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə ürəkdən inanır.
P.S. "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından başda cənab nazir general-polkovnik Vilayət Eyvazov olmaqla, Xaçmaz RPŞ-nin rəisi polis polkovnik – leytenantı Həmid Həsənovu və onun rəhbərlik etdiyi kollektivi 2 iyul - "Polis günü" münasibətilə, cəmiyyət həyatının bütün sahələri üçün hava və su kimi vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən bütün polis əməkdaşlarını səmimi qəlbdən təbrik edir, dövlətimiz və millətimiz üçün önəmli işlərində nailiyyətlər, onlara bu çətin və məsuliyyətli işlərində yeni-yeni müvəffəqiyyətlər arzu edirik! PEŞƏ BAYRAMINIZ MÜBARƏK AZƏRBAYCAN POLİSİ!