Yunanıstanda karantin rejimi uzadıldı

  • 13.03.2021, 09:30,
  • Dünya
  • Baxılıb: 31
Yunanıstanda karantin rejimi uzadıldı

Yunanıstanda koronavirusla bağlı karantin rejimi daha 1 həftə uzadılıb.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə nazirinin müavini Nikos Hardalias məlumat verib.

Onun sözlərinə görə, epidemioloji vəziyyətlə əlaqədar olaraq karantin rejimi 16 - 22 mart tarixləri arasında davam edəcək.

Bildirilib ki, bu müddət ərzində əvvəllər tətbiq olunan bütün məhdudiyyətlər qüvvədə olacaq. Belə ki, maska taxmaq məcburidir və komendant saatı 21:00- 05:00 arasında tətbiq ediləcək. Həmçinin, bərbərxana və mağazaların fəaliyyəti olduğu kimi, yəni qeyi-işlək vəziyyətdə olacaq.

Maska taxmamağa görə cərimə 300 avrodur.

Bundan əlavə, nazir məktəblərin martın 29-dək bağlı qalacağını, dərslərin onlayn formatda aparılacağını açıqlayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter