Dünyada koronavirusdan sağalanların sayı 85 milyonu ötdü
- 17.02.2021, 22:00,
- Dünya
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya üzrə koronavirusdan sağalanların sayı 85 milyonu ötüb.“Qanunyolu.info.az”, “Worldometers”-ə istinadən xəbər verir ki, yoluxmanın ən çox müşahidə olunduğu dörd ölkə eyni zamanda ən çox sağalmanın da qeydə alındığı ölkələrdir.
Ümumilikdə virusa yoluxanlardan 85 milyon 4 min 478-I sağalıb. ABŞ-da 18 milyon 482 min 67, Hindistanda 10 milyon 654 min 146, Braziliyada 8 milyon 883 min 191 və Rusiyada 3 milyon 642 min 582 nəfər pandemiyaya qalib gəlməyi bacarıb.
Sağalanların sayı İspaniyada 2 milyon 380 min 998, İtaliyada 2 milyon 268 min 253, İngiltərədə 2 milyon 231 min 199, Almaniyada 2 milyon 154 min 600, Kolumbiyada 2 milyon 95 min 105, Argentinada 1 milyon 838 min 291, Meksikada 1 milyon 563 min 992, CAR-da 1 milyon 396 min 951 ve Polşada 1 milyon 354 min 598-ə çatıb.
22 milyon 761 min 443 nəfərin müalicəsi davam edir.
Dünya üzrə yoluxma sayı 110 milyon 200 min 427-yə çatıb, pandemiya qurbanlarının sayı isə 2 milyon 433 min 893 nəfərdir.