İranda vaksinasiya ilə bağlı son vəziyyət
- 13.02.2021, 18:00,
- Dünya
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
İranda gün ərzində daha 74 nəfər koronavirus pandemiyasının qurbanı olub.“Qanunyolu.info.az” İRNA-ya istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Onun sözlərinə görə, sutka ərzində 7 min 120 yeni yoluxma faktı qeydə alınıb ki, bunlardan vəziyyəti ağır olan 578 nəfər xəstəxanalara yerləşdirilib.
Nazirlik rəsmisi bildirib ki, ümumilikdə, pandemiyadan ölümlərin sayı 58 min 883-ə çatıb. 1 milyon 510 min 873 yoluxma olub ki, onların da 1 milyon 291 min 726-sı sağalıb. 3 min 720 xəstənin vəziyyəti ağırdır və onların müalicəsi reanimasiya şöbələrində davam etdirilir.
Lari ölkədə koronavirusa qarşı vaksinasiyadan da danışıb:
“Bugünədək İranda 9 milyon 993 min 224 test aparılıb”.
“Mehr” Agentliyi isə bu gün Rusiya istehsalı olan “Sputnik V” koronavirus peyvəndlərinin ikinci partiyasının ölkəyə gətirildiyi barədə məlumat yayıb. Bildirilib ki, vaksinlərin ilk partiyası fevralın 4-də Tehrana gətirilmişdi.