Britaniyada COVİD-in mutasiyaya uğramış daha bir versiyası tapıldı

  • 23.12.2020, 22:20,
  • Dünya
  • Baxılıb: 16
Britaniyada COVİD-in mutasiyaya uğramış daha bir versiyası tapıldı

Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış daha bir növü aşkar edilib.

"Qanunyolu.info.az", “Qafqazinfo” - ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mett Henkok jurnalistlərə açıqlamasında bildirib:

“Bu virus mutasiyaya uğramış əvvəlki variantdan daha yoluxucudur və sürətlə yayılır”.

Nazirin sözlərinə görə, mütəxəssislər artıq iki yoluxma faktı aşkarlayıblar. Hər iki pasiyent ölkəyə CAR-dan daxil olub.

Qeyd edək ki, London Cənubi Afrika ölkələri ilə sərhədləri bağlayıb. Həmin ölkələrdən gələnlər iki həftəlik karantində saxlanılırlar.

Bundan əvvəl dekabrın 14-də İngiltərənin şərqində koronavirusun mutasiyaya uğramış yeni növünün tapılması ilə bağlı məlumat verilmişdi. Virusun 70% daha yoluxucu olduğu deyilsə də, onun xəstəni ölümcül hala gətirdiyi və ya xəstəliyin gedişatını daha da pisləşdirdiyi təsdiqlənməyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter