İtaliyada Yeni İl tətilində sərt karantin tətbiq olunacaq

  • 04.12.2020, 11:00,
  • Dünya
  • Baxılıb: 37
İtaliyada Yeni İl tətilində sərt karantin tətbiq olunacaq

İtaliyanın Baş naziri Cuzeppe Konte Yeni İl tətilində sərt karantin rejiminin tətbiq ediləcəyini açıqlayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Konte komendant saatının 22:00-07:00 arasında olacağını, Yeni İl günü və sonrası xüsusi əyləncə proqramlarının təşkil edilməyəcəyini bildirib.

“Pandemiyanın sonuna gedən yol hələ uzundur. Yanvar ayında baş verə biləcək 3-cü dalğanın qarşısı alınmalıdır. 21 dekabr - 6 yanvar tarixlərində daha çox məhdudiyyətli tədbirlər tətbiq etməliyik. Buna görə məcburi və fövqəladə hallar istisna olmaqla, bölgələr arasında səyahət etmək qadağandır. Bundan əlavə, şəhərlərarası səyahət 25 -26 dekabr və 1 yanvar tarixlərində qadağandır”, - deyə Baş nazir vurğulayıb.

Alış-verişə hər hansı bir məhdudiyyət qoymaq istəmədiklərini dilə gətirən Konte “Mağazalar 4 dekabr - 6 yanvar tarixlərində axşam saat 21:00-a qədər açıq olacaq”,- deyə bildirib.

Qeyd edək ki, İtaliyada son 24 saatda 993 nəfər ölüb. Ölkədə ümumilikdə 1 milyon 664 min 829 nəfər virusa yoluxub, 58 min 38 nəfər xəstəliyin qurbanı olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter