Rəsmi Moskva Maya Sandunu ittiham etdi
- 27.11.2020, 14:55,
- Dünya
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
“Moldovanın yeni Prezidenti Maya Sandunun Dnestryanıdan Rusiya qoşunlarının operativ qrupunu çıxartmaq niyyətində olması sülh yolu ilə nizamlanma səylərini pozmağa istiqamətlənib”."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Biz bu bəyanata Dnestryanı probleminin sülh yolu ilə nizamlanması səylərini pozmaq məqsədi kimi baxırıq” deyən Zaxarova qeyd edib ki, “Sülhməramlı əməliyyatın mandatı orada iştirak müddətimizi münaqişənin həlli ilə bağlı siyasi razılaşma əldə olunana qədər dəqiq göstərir”.
“Hələ buna çox var”, - deyə o vurğulayıb.
Eyni zamanda, diplomat Dnestryanı bölgədə sülhməramlıların olması sayəsində 25 ildir sabitliyin qorunub saxlanıldığını və qan tökülmədiyini qeyd edib.
Zaxarova bildirib ki, rus hərbçilərinin varlığı hərbi əmlak anbarlarını qorumaq zərurəti ilə də izah olunur. O, bu mövzuda ajiotaj yaratmağı yersiz cəhd olaraq dəyərləndirib.
“ATƏT-in Nazirlər Şurasının 2002-ci ildə Portudakı sənədlərində göstərildiyi kimi müvafiq şərtlər nəzərə alınaraq bu istiqamətdə praktik addımlardan danışmaq mümkün olacaq. Xatırladım ki, 2003-cü ilə qədər bu cür şərtlər mövcud olduğu müddətdə sursat və hərbi texnika olan 42 dəmir yolu qatarları çıxarılıb”.
