Türkiyə də karantini gücləndirəcək
- 26.11.2020, 10:50,
- Dünya
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə koronavirusla mübarizədə tətbiq edilən sərt karantin rejiminə nəzarəti gücləndirəcək."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı bələdiyyə sədrlərinə göstəriş verilib. Belə ki, bazar, ictimai nəqliyyat, alış-veriş mərkəzləri daxil olmaqla insanların sıx olduğu yerlərdə qaydalara əməl olunub-olunmadığı dəyərləndiriləcək.
Yoxlamalar 26-29 noyabr tarixlərində ölkənin bütün vilayətlərində həyata keçiriləcək. Nəqliyyat vasitələrinə baxış keçiriləcək, maska, spirt, təmizlik vasitələrinin olub-olmadığı yoxlanılacaq.
Həmçinin alış-veriş mərkəzlərində işçi və işçi saatı azaldılacaq, həmin məkanlarda havalandırma sistemləri yoxlanılacaq.
Qeyd edək ki, Türkiyədə son 24 saatda 6 min 814 nəfər virusa yoluxub, 168 nəfər həyatını itirib.