Ermənilər Baş Qərargah rəisinin istefasını tələb edir - Fotolar
- 10.11.2020, 06:00,
- Dünya / Xəbər
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan parlamentinin binası içərisində xaos və hərc-mərclik hökm sürür. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verir.Binaya giriş sərbəstdir, hər kəs daxil olur və çıxır. Parlamentin mühafizə əməkdaşları nümayişçilərin qarşısını ala bilmirlər və onların ağlına nə gəlirsə, onu da etməyə imkan verirlər. Nümayişçilər parlamentin dəhlizlərində gəzir, deputatların kabinetlərinə daxil olurlar, bəzən mebelləri zədələyirlər.
Onlar aqressiv şəkildə kökləniblər, təhqiramiz və ədəbsiz leksika ilə danışırlar.
Bəziləri Baş Qərargah rəisi Onik Qasparyanın istefasını, digərləri isə deputarların dərhal işə gəlməsini tələb edirlər. Etirazçılar hesab edir ki, onlar Nikol Paşinyanın imzaladığı sənədi ləğv edə bilərlər.