Yunanıstan da sərt karantinə keçir
- 06.11.2020, 09:55,
- Dünya
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Yunanıstan hökuməti sərt karantin rejiminə keçmək barədə qərara gəlib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Kiriakos Miçotakis bildirib.O koronavirus xəstələrinin sayında ciddi artım olduğunu və ölkənin ikinci dəfə sərt karantinə girdiyini elan edib: “Artan xəstə saylarının qarşısında aciz qalmaqdansa, sərt müdaxilələr etmək qərarına gəldim”.
Qaydalar noyabrın 7-dən qüvvəyə minəcək. Yunanıstanda ilk dəfə karantin fevral-may aylarında tətbiq edilib.
Qeyd edək ki, Yunanıstanda təkcə ötən gün 2 min 646 nəfər virusa yoluxub. Bu günədək ölənlərin sayı isə 673 nəfərdir.