Mayamidə “Karabakh is Azerbaijan” yazılmış lövhələr asıldı - Fotolar

  • 05.11.2020, 12:15,
  • Dünya
  • Baxılıb: 25
Mayamidə “Karabakh is Azerbaijan” yazılmış lövhələr asıldı - Fotolar

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən xəbərə istinadən, Assosiasiyanın sədri Tövhə Eminova lövhələrin ermənilərin sıx yaşadığı ərazilərdə - “Fort Lauderdale” beynəlxalq hava limanının önündə və ABŞ-ın digər ştatlarına gedən yolları birləşdirən mərkəzi hissədə quraşdırıldığını deyib. O bildirib ki, bu yerlər təsadüfi seçilməyib, məqsəd odur ki, daha çox inşan lövhələri və “Karabakh is Azerbaijan” şüarını görsün.
Mayamidə “Karabakh is Azerbaijan” yazılmış lövhələr asıldı - Fotolar

Assosiasiya rəhbəri ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini bildirib.

Tövhə Eminova, həmçinin əlavə edib ki, ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq və terror siyasətinə qarşı bir yumruq kimi birləşib.

Qeyd edək ki, lövhələrin dizaynı ABŞ-da yaşayan həmyerlimiz Cəmilə Cavadovaya və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur.
Mayamidə “Karabakh is Azerbaijan” yazılmış lövhələr asıldı - Fotolar

Mayamidə “Karabakh is Azerbaijan” yazılmış lövhələr asıldı - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter