Londonda erməni terrorunun qurbanları yad edildi

  • 01.11.2020, 23:00,
  • Dünya
  • Baxılıb: 27
Londonda erməni terrorunun qurbanları yad edildi

Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısında toplanaraq Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Erməni terrorunun qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi şüarlar səsləndiriblər.
Londonda erməni terrorunun qurbanları yad edildi

Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər. Anım mərasimi Azərbaycan Dövlət Himninin oxunması ilə yekunlaşıb.
Londonda erməni terrorunun qurbanları yad edildi

Londonda erməni terrorunun qurbanları yad edildi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter