Gəncə terrorunun qurbanları yad edildi - Fotolar

  • 24.10.2020, 19:20,
  • Dünya
  • Baxılıb: 42
Gəncə terrorunun qurbanları yad edildi - Fotolar

Almaniyanın Hamburq və Frankfurt şəhərlərində yaşayan azərbaycanlı icmanın təşəbbüsü ilə təcavüzkar Ermənistan Ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən xəbərə istinadən, Gəncə terrorunun qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, tər güllər düzülüb.

Anım mərasimində soydaşlarımızla yanaşı, şəhər sakinləri də iştirak edib. Onlara Qarabağ həqiqətləri ilə bağlı məlumat vərəqələri paylanıb.
Gəncə terrorunun qurbanları yad edildi - Fotolar

Gəncə terrorunun qurbanları yad edildi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter