Türkiyədə 6,6 maqnitudalı zəlzələ baş verib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, güclü zəlzələnin təkanları İstanbul və İzmir şəhərlərində hiss edilib.
Yeraltı təkanların episentrinin İzmir vilayətinin Səfərihisar ilçəsində qeydə alındığı bildirilib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
****
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İzmirin Bornova və Bayraklı rayonlarında zəlzələ nəticəsində 6 binanın çökdüyünü açıqlayıb.
****
Zəlzələnin İzmirlə yanaşı Aydın, Muğla, Manisa, Dənizli, Çanaqqala, Bursa, İstanbul, Uşak, Kütahya, Bursa, Yalova, Tekirdağ və Ədirnədə hiss edildiyi bildirilib. Xəstəxanalar, xilasetmə, polis və tibbi yardım qrupları hazır vəziyyətə gətirilib.
****
Prezident Rəcəb Tayyib Ərdoğan İzmirdə baş verən zəlzələ barədə açıqlama verib. O, mövzu barədə tvitter hesabında yazıb:“İzmirdə baş verən zəlzələdən zərər görən bütün vətəndaşlarımıza keçmiş olsun. Dövlətimiz bütün imkanları ilə vətəndaşlarımızın yanındadır. Mövzu ilə bağlı bütün qurumlar, nazirlər bölgədə lazımi işlər üçün hərəkətə keçiblər”.
****
İzmir Böyükşəhər Bələdiyyə sədri Tunç Soyer 20-yə yaxın binanın dağılması barədə məlumat daxil olduğunu qeyd edib.
****
Dağıntılar altından 1 qadın sağ çıxarılıb.
****
Zəlzələ nəticəsində Bayraqlı qəsəbəsində yaralanan 3 nəfər dağıntılar altından çıxarılıb.
****
Hadisə nəticəsində 4 nəfər həlak olub, azı 120 nəfər xəsarət alıb.