Rusiya səfirliyi Gəncədə həlak olan Arturla bağlı məlumat yaydı
- 24.10.2020, 17:40,
- Dünya / Xəbər
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Azərbaycandakı səfirliyi Gəncənin yaşayış məntəqələrinin "SCUD" tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış və bu gün vəfat etmiş Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviçlə bağlı məlumat yayıb."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, səfirliyin tvitter hesabında yayılan məlumatda bildirilir:
"24 oktyabrda Gəncə şəhərindəki bir xəstəxanada 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakov, 17 oktyabrda raket hücumu nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Səfirlik mərhumun ailəsi və dostları ilə əlaqə saxlayır və onlara dərin hüznlə başsağlığı verir".