Putin ikinci rus peyvəndinin qeydiyyata alındığını elan etdi
- 14.10.2020, 17:00,
- Dünya
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Novosibirskdəki “Vektor” mərkəzi koronavirusa qarşı ikinci rus peyvəndini qeydiyyata alıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.
Preparat “EpiVakKorona” adını qazanıb.
“Rusiya Elmlər Akademiyasının Çumakov adına Federal Elmi Mərkəzinin üzərində işlədiyi üçüncü peyvənd də yoldadır”, - deyə Putin bildirib.
Xatırladaq ki, 11 avqustda V. Putin Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 virusuna qarşı peyvəndin qeydiyyatdan keçdiyini açıqlamışdı.