Emoməli Rəhmon 5-ci dəfə hakimiyyətə gəldi
- 12.10.2020, 10:10,
- Dünya
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 11-də Tacikistanda keçirilən prezident seçkilərində Emoməli Rəhmon qalib gəlib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Baxtier Xudoerzoda məlumat verib.
“İlkin nəticələrə görə, prezident seçkilərində seçicilərin 90,92%-i və ya 3,837 milyon nəfər iştirak edib. 85,39 % və ya 4,221 milyon seçici səsi nəticəsində hazırkı dövlət başçısı Emoməli Rəhmon qalib gəldi”, - deyə o bildirib.
Qeyd edək ki, prezidentlik uğrunda müxtəlif siyasi qüvvələrin beş lideri mübarizə aparıb: hazırkı prezident Emoməli Rəhmon (hakim Xalq Demokratik Partiyası), həmçinin parlamentarilər Miroc Abdulloyev (Kommunist Partiyası), Rustam Latifzoda (Aqrar Partiya), Rustam Rahmatzoda (İqtisadi İslahat Partiyası) və Abduhalim Qafforzoda (Sosialist partiyası).
1992-ci ildən bəri ölkəyə rəhbərlik edən Rəhmon üçün (postsovet məkanında ən uzun) bu, beşinci seçkidir. Seçkilərin gedişatını MDB, ŞƏT, KTMT, ATƏT, Dövlət Duması və Federasiya Şurasından müşahidəçilər izləyiblər.
