“RİA Novosti” Vaqif Dərgahlının açıqlamasını yaydı

“RİA Novosti” Vaqif Dərgahlının açıqlamasını yaydı

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Qarabağdakı təmas xəttində davam edən döyüşlər zamanı Azərbaycan Hava Qüvvələrinin heç bir döyüş təyyarəsinin vurulmadığını bildirib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Vaqif Dərgahlı bu barədə Rusiyanın “RİA Novosti” informasiya agentliyinə açıqlama verib.

“Bu gün erməni tərəfi yenə də Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının vurulması barədə yanlış məlumatlar yayıb. Bir daha təkrar edirik ki, Azərbaycan Hava Qüvvələrinin heç bir döyüş təyyarəsi də vurulmayıb. Əksinə, Azərbaycanın hücum PUA-ları Ermənistan Silahlı Qüvvələrinin hərbi texnikasını məhv etməyə davam edir. PUA-larımız mütəmadi olaraq ictimaiyyətə təqdim olunur. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yayaraq hərbi əməliyyatlarla bağlı informasiya boşluğunu doldurmağa çalışırlar”,- deyə Dərgahlı qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Qarabağda bir Azərbaycan təyyarəsinin vurulduğunu iddia etmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter