Poroşenko xəstəxanaya yerləşdirildi
- 04.10.2020, 10:45,
- Dünya
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko koronavirus testinin müsbət nəticə verməsindən dörd gün sonra xəstəxanaya yerləşdirilib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Poroşenkonun həyat yoldaşı Marina Poroşenko, feysbuk hesabında məlumat verib.
“Petro Alekseyeviç Poroşenko Kiyevdəki koronavirus xəstəxanasında müalicəyə alınıb. Həyat yoldaşımın hər iki ciyərində infeksiya olsa da, güclü bir iradə ilə xəstəliklə mübarizə aparır”,- deyə siyasətçinin xanımı qeyd edib.
Bununla yanaşı Poroşenkonun qızının da koronavirus xəstəliyinə yoluxduğu bildirilib.
Xatırladaq ki, P. Poroşenko 29 sentyabrda koronavirusa yoluxduğunu açıqlamışdı.