Koronavirusa yoluxmuş müğənni xəstəxanaya yerləşdirildi
- 10.08.2020, 01:00,
- Şou / Dünya / Xəbər
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Koronavirusa yoluxmuş Rusiya və Belarus müğənnisi Rita Dakota xəstəxanaya yerləşdirilib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə o, instaqram hesabında məlumat verib.“Xəbərlər çox ürəkaçan deyil: briqada gəldi, mənim vəziyyətimə baxdı, bütün göstəricilərimi ölçdü və qanımda çox az oksigen olduğunu söylədi. Nəticə belədir-məni xəstəxanaya yerləşdirirlər”, - Dakota danışıb.
Qeyd edək ki, müğənninin COVID-19-a yoluxduğu ötən həftə məlum olmuşdu. Artistin sözlərinə görə, xəstəlik yalnız üçüncü dəfədən təsdiqlənib.