Şamil Basayevin dəstə üzvünə hökm oxundu

  • 07.09.2020, 23:40,
  • Dünya
  • Baxılıb: 28
Şamil Basayevin dəstə üzvünə hökm oxundu

1999-cu ildə Şamil Basayevin dəstəsinin tərkibində Dağıstanda Rusiya hərbçilərinə hücumda iştirak etmiş Batırbek Yumartova hökm oxunub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya isitnadən xəbər verir ki, dəstə üzvünə ciddi rejimli cəzaçəkmə müəssisəində 14 il azadlıqdan məhrumetmə cəzası verilib. Batırbek hərbi qulluqçunun həyatına qəsd, quldurluq, silahlı qiyam maddələri ilə ittiham olunub.

Xatırladaq ki, 1999-cu ildə Şamil Basayev və Emir Xəttab dəstəsi Dağıstanda silahlı qiyam qaldırıblar. Nəticədə 280 əsgər, polis işçiləri, dinc sakinlər öldürülmüş, 800-dən çox insan isə yaralanmışdı.

Hadisəyə görə 28 döyüşçü beynəlxalq axtarışa verilmiş, 80-dən çox hücumçu 20 ildən artıq həbs cəzası almış, səhra komandiri şamil Basayev də daxil olmaqla 7 nəfər Rusiya xüsusi xidmət orqanları və ordusu tərəfindən zərərsizləşdirilmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter