“İki ildən az müddətdə pandemiyanın bitəcəyinə ümid edirik” - ÜST

  • 22.08.2020, 00:36,
  • Dünya
  • Baxılıb: 21
“İki ildən az müddətdə pandemiyanın bitəcəyinə ümid edirik” - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus cümə günü Cenevrədə keçirilən brifinqdə COVID-19 və 1918-ci ildəki “ispan qripi” epidemiyası ilə bağlı vəziyyəti müqayisə edərək mövcud pandemiyanın bitmə tarixini qiymətləndirib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Hazırkı dönəmdə daha çox texnologiyalar mövcuddur. Virus sürətli yayılır, ancaq onu dayandırmaq üçün texnologiyamız var. Buna görə iki ildən az müddətdə bu pandemiyanın bitəcəyinə ümid edirik”, - deyə baş direktor qeyd edib.

ÜST-nin ən son məlumatlarına əsasən, dünyada 22,2 milyondan çox yoluxma, 728 mindən çox ölüm halı qeydə alınıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter