İranda koronavirusla bağlı son vəziyyət açıqlandı
- 15.08.2020, 18:30,
- Dünya
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
İranda son sutka ərzində daha 2 245 nəfərdə koronavirus aşkarlanıb, 161 nəfər vəfat edib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.Bununla da ölkədə xəstələnənlərin sayı 341 070-ə, virus qurbanlarının sayı isə 19 492-yə yüksəlib.
Bundan əlavə, indiyədək 295 630 nəfər sağalıb. Ölkədə 25 948 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 911-nin vəziyyəti ağır qiymətləndirilir.