İran vurulan “Boeing”ə görə Ukraynaya təzminat ödəyəcək
- 30.07.2020, 02:00,
- Dünya
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Tehran Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Ukraynaya təzminat ödənilməsinə razılıq verib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə “IRNA” agentliyi xəbər verib.“İran təyyarəyə görə təzminat ödəməyə razılıq verib, lakin bu məsələnin reallaşması vaxt aparacaq və texniki və hüquqi baxımdan müxtəlif aspektlərə malikdir”, - XİN-də bəyan ediblər.
Qeyd edək ki, Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsi yanvarın 8-də Tehran aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra vurulmuşdu. Hadisə nəticəsində 176 nəfər vəfat etmişdi.