Misirdə koronavirusla bağlı məlumat yayan həkimlər həbs edilir

  • 03.07.2020, 17:45,
  • Dünya
  • Baxılıb: 41
Misirdə koronavirusla bağlı məlumat yayan həkimlər həbs edilir












Misirdə koronavirusla mübarizə haqqında məlumat yayan və problemləri ictimailəşdirən tibb işçiləri həbs edilir.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetində məlumat verilib. Mart ayından etibarən ən az doqquz həkim və digər tibb işçilərinin həbs olunduğu, onların hamısının COVID-19 pandemiyası ilə mübarizədə dövlət siyasətini tənqid etdiyi bildirilib.

Həkimlərin, xüsusilə dövlət xəstəxanalarında qoruyucu vasitələrin çatışmazlığı, əhalinin kütləvi müayinəsinin olmadığı, iş yoldaşları arasında ölüm hallarının artdığı barədə məlumatları ictimaiyyətə yaydığı qeyd olunub.

Bildirilib ki, Misir hökuməti bu cür hərəkətləri yanlış məlumatların yayılması kimi qiymətləndirir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter