“Azərbaycan Rusiya üçün sabit və yaxşı tərəfdaşdır” - Vladimir Putin
- 27.10.2026, 18:30,
- Dünya
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində çıxış edərkən Azərbaycanı energetika da daxil olmaqla müxtəlif sahələrdə Rusiya üçün sabit və etibarlı tərəfdaş adlandırıb.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Azərbaycan çoxsaylı istiqamətlərdə, o cümlədən energetika sahəsində bizim sabit və yaxşı tərəfdaşımızdır”, – deyə o söyləyib.
Vladimir Putin həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə fəal dialoqda olduqlarını diqqətə çatdırıb:“Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevlə fəal dialoqdayıq, o cümlədən energetika və qaz sahəsində əməkdaşlığımızın genişləndirilməsi məsələlərini müzakirə edirik. Biz burada yaxşı perspektivlər görürük və bu birgə işə hazırıq”.