Türkiyədə koronavirusla bağlı son vəziyyət
- 09.06.2020, 21:40,
- Dünya
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 993 nəfərdə virus aşkarlanıb. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 729, yoluxma faktı 172 min 114 nəfər olub. Gün ərzində 3 218 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 144 min 598-ə çatıb.
Son 24 saatda 37 min 225 test edilib.