Rusiyada 8,7 bal gücündə zəlzələ oldu - Yenilənib
- 30.07.2025, 08:30,
- Dünya
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.“Qanunyolutv.az” bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilib ki, sunami təhlükəsi elan edilib və sakinlər təxliyə edilir.
Həmçinin Rusiyanın Kamçatka bölgəsində də güclü zəlzələ baş verib. Qeyd olunub ki, yeraltı təkanlar 7-8 bal gücündə hiss olunub.
Kamçatkada yerləşən uşaq bağçalarından birinin divarı uçub, lakin itki yoxdur. Zəlzələdən sonra Yaponiyanın bütün Sakit okean sahil əraziləri üçün sunami xəbərdarlığı edilib.
****
Kamçatkada qeydə alınan zəlzələ 8,7 bal gücündə olub.Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Bildirilib ki, bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.