Dünyada muzeylərin 13 faizi birdəfəlik bağlana bilər
- 20.05.2020, 21:56,
- Dünya
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünyada koronavirus pandemiyası səbəbindən hər səkkiz muzeydən biri və ya 13%-i fəaliyyətini birdəfəlik dayandıra bilər."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə UNESCO və Beynəlxalq Muzeylər Şurasının mütəxəssisləri tərəfindən xəbərdarlıq edilib. Onların sözlərinə görə, ən böyük zərər yoxsul ölkələrdəki muzeylərə dəyəcək. Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) verdiyi məlumata görə, Paris, Amsterdam və Vyana kimi turizm mərkəzlərindəki muzeylər 80%-ə qədər gəlir itkisinə uğrayıb. Bu isə həftədə yüz minlərlə avro deməkdir.
UNESCO-nun baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottonenin sözlərinə görə, muzeylərin itirilən gəlirləri necə qaytaracağı bilinmir, bir çoxlarında isə infrastrukturun yenilənməsi və sosial məsafənin tətbiq olunması üçün resurslar yoxdur. O bildirib ki, belə şey tarixdə ilk dəfədir ki, baş verir və təşkilatların böhrandan çıxması son dərəcə çətin olacaq. Ottone dünya ictimaiyyətini yumşalmalardan sonra muzeyləri fəal ziyarət edərək bu sektora maksimum dəstək göstərməyə çağırıb.
Qeyd edək ki, hazırda dünyada muzeylərin 90% -i koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
