İranın OPEK-dəki nümayəndəsi vəfat edib

  • 16.05.2020, 17:06,
  • Dünya
  • Baxılıb: 15
İranın OPEK-dəki nümayəndəsi vəfat edib













İranın Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEC) nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili 68 yaşında dünyasını dəyişib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İranın Neft Nazirliyi açıqlama verib. Onun ölüm səbəbinin beyin qansızması olduğu bildirilib.

Qeyd edək ki, Kazımpur Ərdəbili 1980 və 1981-ci illərdə İranın Ticarət Naziri, 1990-cı ildə 1995-ci ilə qədər isə İranın Yaponiyada səfiri vəzifəsində çalışıb.

Son 7 ildə isə o İranın OPEK-dəki nümayəndəsi kimi fəaliyyət göstərirdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter