Rusiyada koronavirusdan ölən həkimlərin ailələrinə 2,7 milyon ödəniləcək
- 07.05.2020, 21:19,
- Dünya
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə əlavə sığorta zəmanətlərinin verilməsi haqqında fərman imzalayıb. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sözügedən fərman “pravo.gov.ru” hüquqi informasiya portalında yerləşdirilib. Fərmana görə, hər hansı bir tibb işçisi vəzifə başında olarkən COVID-19 xəstəliyinə yoluxarsa və xəstəlik səbəbindən vəfat edərsə, həmin şəxsin ailəsinə 2,75 milyon rubl miqdarında birdəfəlik sığorta ödənişi ediləcək.
Bununla yanaşı hər hansı bir tibb işçisi koronavirus infeksiyasına yoluxduqdan sonra zərər görərsə, ona birdəfəlik 68,8 min rubl ödəniş ediləcək.
Koronavirusa yoluxma nəticəsində hər hansı bir tibb əməkdaşı əlil olarsa, həmin şəxs üçün isə 688 min rubldan 2 milyon rubla qədər birdəfəlik ödəniş ayrılacaq.
Fərman həkimlərə, orta və aşağı dərəcəli işçilərə və təcili yardım maşınlarının sürücülərinə şamil olunur.