Türkiyə 6 şəhid verdi - Yaralılar var+Yenilənib

  • 12.01.2024, 23:00,
  • Dünya
  • Baxılıb: 9
Türkiyə 6 şəhid verdi - Yaralılar var+Yenilənib

İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 5 türk əsgəri şəhid olub.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“12 yanvar 2024-cü il tarixdə “Pençe-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa cəhd edən terrorçularla qarşıdurmada 5 qəhrəman yoldaşımız şəhid olub, 3-ü ağır olmaqla 8 qəhrəman yoldaşımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb”, - məlumatda qeyd olunub.

Nazirlik 12 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
****

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 6 nəfərə çatıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir.

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter