Türkiyədə şəhərlərə giriş-çıxış qadağasının müddəti artırıldı
- 04.05.2020, 00:04,
- Dünya
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Ankara, İstanbul və İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağası mayın 4-də yerli vaxtla saat 00:00-a qədər uzadılıb."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayılıb.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabineti mayın 4-də növbəti toplantı keçirəcək. Videokonfrans formatında olacaq toplantının gündəliyində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə bağlı ölkədəki vəziyyət və mövcud qadağaların aradan qaldırılması yolları müzakirə olunacaq.