Türkiyədə CHP-yə yeni sədr seçildi - Yenilənib
- 05.11.2023, 08:30,
- Dünya
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayında başqan seçimi ikinci tura qalıb.“Qanunyolutv.az”, “TRT Haber”ə istinadən xəbər verir ki, iki namizəddən birinin lazımı səsi toplamadığından seçkilərin ikinci turu keçiriləcək.
Bildirilib ki, səsvermə zamanı 1366 konqres nümayəndəsi 23 seçki qutusunda öz seçimini edib. Qeydə alınan 1366 nümayəndədən 682-si Özgür Özelə, 664-ü isə Kamal Kılıçdaroğluna səs verib.
Qeyd edək ki, CHP-nin hazıki sədri Kamal Kılıçdaroğludur.
****
Türkiyənin Cumhuriyyət Xalq Partiyasının qurultayında yeni başqan bəlli olub.Özgür Özel CHP-nin yeni sədri seçilib.
O, qurultayın ikinci turunda 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.
Kamal Kılıçdaroğlu isə 536 səs toplayıb.