Trampdan müsəlmanlara Ramazan mesajı
- 23.04.2020, 22:31,
- Dünya
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Prezidenti Donald Tramp dünya müsəlmanlarına müqəddəs Ramazan ayı münasibətilə təbrik mesajı yollayıb."Qanunyolu.info.az", “Qafqazinfo”-ya isitnadən xəbər verir ki, Ağ Ev rəhbəri həm ABŞ-dakı, həm də dünyanın digər ölkələrindəki müsəlmanlara bərəkətli və hüzurlu bir ay arzulayıb. Ramazanın yenilənmə və inancların möhkəmlənməsi üçün fürsət olduğunu bildirən Tramp deyib:
“Oruc tutub Quran oxumaq, köməyə ehtiyacı olanlara yardım etmək İslam inancının önə çıxardığı sülh, nəzakət, digərlərinə qarşı sevgi və hörmət kimi qlobal dəyərlərlə sıx bağlıdır.
Həm ABŞ-dakı, həm də bütün dünyadakı müsəlmanlara bərəkətli və hüzurlu Ramazan diləyirəm. Ramazan mübarək olsun”.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayır.