İran Məhsa Əmininin ölüm səbəbini açıqladı
- 07.10.2022, 15:30,
- Dünya / Kriminal
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
İranda sentyabrın ortalarında əxlaq polisi tərəfindən saxlandıqdan bir müddət sonra dünyasını dəyişən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.“Qanunyolutv.az”, “ISNA” agentliyinə istinadən xəbər verir ki, tibbi ekspertizanın yaydığı məlumata görə, 22 yaşlı Məhsanın ölümünə səbəb başından və həyati vacib orqanlarından aldığı zərbələr olmayıb.
Bildirilir ki, o, 8 yaşı olduqda beynindən əməliyyat olunub: “Sentyabrın 13-ü Əmini huşunu itirib və yerə yıxılıb. Onun ürək ritmi pozulub və qan təzyiqi enib. Həmin dəqiqələrdə ona edilən qeyri-effektiv ürək-ağciyər reanimasiyası onun beynində oksigen çatışmazlığına səbəb olub. O, orqan çatışmazlığından dünyasını dəyişib”.
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı
Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun adrınca ölkədə kütləvi etirazlar və iğtişaşlar baş verib.