Pakistanın yeni Baş naziri Türkiyədə - Fotolar + Yenilənib
- 01.06.2022, 12:00,
- Dünya
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə rəsmi səfər edəcək.“Qanunyolutv.az”, “TRT Haber”ə istinadən xəbər verir ki, iki günlük səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.
Keçiriləcək görüşdə iki ölkə arasında münasibətlər, əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə ediləcək.
Tərəflər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, Şahbaz Şərif aprelin 11-i Pakistanın Baş naziri təyin olunub. 70 yaşlı siyasətçi Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifin qardaşıdır.
****
Şahbaz Şərifin Türkiyəyə rəsmi səfəri başlayıb.
Şahbaz Şərif səfər çərçivəsində ilk olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.