Zelenski Ukrayna xalqına müraciət etdi

  • 22.02.2022, 08:00,
  • Dünya
  • Baxılıb: 36
Zelenski Ukrayna xalqına müraciət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski xalqına videomüraciət edib.

“Qanunyolu.info.az”-ın məlumatına görə, o, videomüraciətində bildirib ki, Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz qalacaq.

“Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq”, - V.Zelenski qeyd edib.

Ukrayna Prezidenti bildirib ki, Rusiyanın qondarma “LXR” və “DXR”in “müstəqilliyini” tanıması Ukraynanın ərazi bütövlüyünə müdaxilə deməkdir. O qeyd edib ki, bütün bunlara görə məsuliyyəti Rusiya tərəfi daşıyır.

Zelenski onu da qeyd edib ki, ukraynalılar sakitdirlər və özünəinamı itirməyiblər:

“Buna görə bütün vətəndaşlara təşəkkür etmək istərdim - siz bir daha sübut edirsiniz ki, ukraynalılar ağıllı və müdrik xalqdırlar. Və hər şeyə baxmayaraq, soyuqqanlılığı saxlayır, sakit, balanslı reaksiya verir. Heç kimə heç nə verməyəcəyik. Bundan əminik. Çünki 2014-cü ilin yox, 2022-ci ilin fevralındayıq. Başqa bir ölkə, başqa bir ordumuz var. Əsas məqsədimiz Ukraynada sülhdür”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter