Braziliya Prezidenti bu dəfə stadiona buraxılmadı - Video

Braziliya Prezidenti bu dəfə stadiona buraxılmadı - Video

Braziliya Prezidenti Jair Bolsonaru azarkeşi olduğu “Santos”un “Qremio” ilə matçına buraxılmayıb.

“Qanunyolu.info.az” xarici KİV-ə istinadən xəbər verir ki, buna ölkə başçısının COVID-19-a qarşı peyvənd olunmaması səbəb göstərilib.

Stadiona buraxılmayan Bolsonaru etirazını bu şəkildə bildirib:

“Santos”un matçını izləmək istədim, peyvənd olunmadığımı dedilər. Niyə? Peyvənd olunanlardan daha çox anticismim var”.

Qeyd edək ki, Jair Bolsonaru bundan öncə peyvənd olunmadığı üçün ABŞ-da restorana buraxılmamışdı.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter